Bu yolu bağlanır - XƏBƏRDARLIQ

Bu yolu bağlanır - XƏBƏRDARLIQ

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Sabunçu rayonu Balaxanı-Binəqədi (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən – 8 avqustdan etibarən qismən məhdudlaşdırılacaq.
 
Maide.İnfo xəbər verir ki, “Azəravtoyol” ASC-dən verilən məlumata görə, sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 3 gün, avqust ayının 11- nə kimi qüvvədə olacaq.
  
“Azəravtoyol” ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir”. /

Google+ WhatsApp ok.ru