Böyük Qarabağ sazişi hazırlanır

Elmar Məmmədyarov: `Böyük saziş üzərində işə başlamağa hazırıq`

"Azərbaycan böyük sülh sazişi üzərində işə başlamağa hazırdır".

ANS PRESS-in məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin Parisdəki görüşünü şərh edərkən deyib.

O bildirib ki, prezidentlərin bu ayın sonunda Parisdə keçiriləcək üçtərəfli görüşündən ciddi irəliləyiş gözlənilir.

Nazir qeyd edib ki, həmsədrlər görüşlər zamanı bir neçə məsələni əhatə edən təkliflər irəli sürüblər. Bura qoşunların çıxarılması, qaçqınların qaytarılması, nəqliyyat və infrastrukturla bağlı məsələlərin həlli üzrə strukturlar arasında işçi qruplarının yaradılmasıkimi məsələlər daxildir.

Nazir bildirib ki, Azərbaycan danışıqlara başlamağa hazırdır. Elmar Məmmədyaro Ermənistan tərəfindən cavab gözlədiklərini qeyd edib. /

Google+ WhatsApp ok.ru