C.Bayramov: İranı özümüzə yaxşı qonşu və dost ölkə bilirik 09 Dekabr 2020 15:15 Ölkə Iranı özümüzə yaxşı qonşu və dost ölkə bilirik Maide.Az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani ilə görüşdə Azərbaycan XİN başçısı Ceyhun Bayramov deyib. Azərbaycan xarici işlər naziri C.Bayramov İranın Azərbaycan ərazi bütövlüyünü dəstəklədiyinə görə, bu ökəyə təşəkkür edib. "İranı özümüzə yaxşı qonşu və dost ölkə bilirik. Azərabycan prezidenti və rəsmiləri İranla hərtərəfli əməkdaşlığı inkişaf etdirmək iradəsindədir." Azərbaycanın işğal olunmuş ərazisinin azad olması və İranla 132 kilometr müştərək sərhəddin yenindən bərpasından danışan C.Bayramov bildirib ki. Azərbaycan və İran sərhəddi dostluq və inkişaf sərhəddidir.İnanırıq ki, bu sərhədlərin yenidən bərpası iki ölkə üçün yeni əməkdaşlıq layihələri üçün zəmin yaradacaq. Azərbaycan və İran arasında əlaqələrin inkişafı və dərinləşməsinin zəruriliyini vurğulayan C.Bayramov müxtəlif siyasi və iqtisadi sahələrdə əməkdaşlığın davam etdirilməsi o cümlədən Rəşt-Astara dəmir yolu layihəsinin icrasının iki ölkə arasında iqtisadi və ticari əlaqələri daha da genişləndirəcəyini vurğulayıb. "Ümid edirik yeni beynəlxalq şərait və ABŞ sanksiyalarından yaranmış maneələrin aradan qaldırılması ilə iki ölkə arasında müştərək layihələrin icrası daha da sürətlənəcək." Azərbaycan XİN başçısı görüşdə İranlı nüvə alimi şəhid Möhsin Fəxrizadənin terror edilməsini pisləyib və qeyd edib ki, elm adamı və alimin terror edilməsi heç bir halda qəbuledilməzdir və bu addımı pisləyirik. Görüşdə İran İslam Respublikasının Qarabağ münaqişəsində aşkar və konkret mövqe sərgilədyini bildirən H.Ruhani bildirib ki, İran Azərbaycanın ərazi bütövüyünü dəstəklədi , Azərbaycan və Ermənistan arasında müharibənin başa çatması, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olması və atəşkəsin təmin edilməsi bizi sevindirdi. H.Ruhani İranın iki ölkə arasında atəşkəsin möhkəmləndirilməsi və regionda sabitliyin təminində yer almasında hazır olduğunu bildirib. H.Ruhani Azərbaycan və İran sərhədlərindən iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafı üçün istifadə etməyin zəruriliyini vurğulayıb. "Amerikada Tramp dövrünün başa çatması və yeni hökumətin işə başlaması ilə hiss edirik digər ölkələrlə əməkdaşlıq üçün daha yaxşı şərait yaradılacaq." H.Ruhani qeyd edib ki, qonşuluq və İranda bərpa sahəsində imkanların mövcudluğunu nəzərə alaraq İranın quruculuq işlərində iştirakı iki ölkənin xeyrinə olacaq: “İran və Azərbaycan arasında öncəki anlaşmalar, o cümlədən Rəşt-Astara dəmiryolu xəttinin inşa edilməsi prosesinin sürətləndirilməsi zəruridir. Müştərək layihələrin icraıs üçün o cümlədən Xudafərin bəndi və elektrik stansiyasının tikintisi üçün uyğun şərait mövcuddur. İki ölkə sənaye, elm, əczaçılıq və digər sahələrdə əməkdaşlıqları daha da inkişaf etdirə bilər”. Teqlər : #C.Bayramov:,#İranı,#özümüzə,#yaxşı,#qonşu,#və,#dost,#ölkə,#bilirik, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ceyhun Bayramov İran Prezidenti ilə görüşüb Azərbaycanın tanınmış alimi dünyasını dəyişdi