Cəbhədə şəhid olan hərbçilərdən biri Qazax rayonunda torpağa tapşırılıb 01 Avqust 2014 01:00 Ölkə Azərbaycan Ordusunun ötən gün cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan giziri Almazov İsə Ziyad oğlu doğulduğu kənddə dəfn edilib. Qazax rayon İcra Hakimiyyətindən verilən məlumata görə, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu doğulduğu Cəfərli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayonun İcra Hakimiyyətin başçısı və aparatın nümayəndələri, hüquq-mühafizə orqanların işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Həmçinin şəhidin xidmət etdiyi hərbi hissinin təmsilçiləri dəfn mərasiminə qatılıblar. Məlumata görə İsə Almazovun 4 övladı var. Teqlər : #Cəbhədə şəhid olan hərbçilərdən biri Qazax rayonunda torpağa tapşırılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda vulkan püskürür İslamçılar Leyla Yunusun müdafiəsinə qalxdılar