Cəbhədə həmsədrlərin iştirakı ilə monitorinq zamanı ermənilər atəş açıb 27 Oktyabr 2015 02:00 Qarabağ xəbərləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 27-də Azərbaycan Respublikasının Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinq keçirilib. Maide.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əvvəldən əldə olunmuş razılığa əsasən, monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ), eləcə də qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik təmas xəttini qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçiblər. Sonra həmsədrlər yerli komandanlıq və icra hakimiyyəti nümayəndələri ilə görüşərək səhra şəraitində brifinq keçiriblər. Atəşkəs rejiminin pozulmaması barədə razılığa baxmayaraq, tədbir zamanı düşmən tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində avtomatik silahdan bir neçə dəfə atəş açılıb. Həmsədrlərin dərhal müdaxiləsindən sonra atəş dayandırılıb. Teqlər : #Cəbhədə həmsədrlərin iştirakı ilə monitorinq zamanı ermənilər atəş açıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həmsədrlər `Dağlıq Qarabağ`a səfər ediblər Amerikalı həmsədr: `Azərbaycan və Ermənistan prezidentləri ilin sonuna kimi görüşmək istədiklərini bildiriblər`
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni