Cənub Qaz Dəhlizi üzrə Azərbaycan qazı Türkiyəyə 2018-ci ilin iyununda çatacaq

 Cənub Qaz Dəhlizi üzrə Azərbaycanın ilk qazı Türkiyəyə 2018-ci ilin iyununda çatacaq. Trend-in məlumatına görə, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol Bakıda keçirilən Xəzər Texniki Konfransında deyib.
 
Onun sözlərinə görə, TANAP-ın tikintisi üzrə işlər tam sürətlə gedir: "TANAP layihəsinin əsaslı xərcləri 9,5 milyard dollar təşkil edir. Cənub Qaz Dəhlizi üzrə Azərbaycanın ilk qazı Türkiyəyə 2018-ci ilin iyununda, həmin dəhliz üzrə isə Avropaya 2020-ci ilin əvvəlində çatacaq". /
 

Google+ WhatsApp ok.ru