Cəsədi tapılan neftçilərin kimlikləri müəyyən olunub

Dünən Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilən iki Azərbaycan  neftçisinin cəsədinin kimliyi müəyyən olunub.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidməti xəbər verir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi istintaq qrupu və SOCAR-ın Azneft İB-nin işçiləri ilə birlikdə cəsədlərin tanınması və Respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb.
Qeyd olunub ki, orada olan SOCAR əməkdaşları tərəfindən aparılmış ilkin baxış nəticəsində verilmiş məlumata əsasən tapılanlar ''Günəşli'' yatağında baş vermiş qəza nəticəsində itkin düşmüş Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun cəsədləridir.

Google+ WhatsApp ok.ru