Cəbhədə erməni kvadrokopteri ələ keçirildi

Azərbaycan ordusunun bölmələri cəbhədə kəşfiyyat uçuşu həyata keçirən erməni pilotsuz uçan aparatını ələ keçiriblər.
 
Maide.az  Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus kvadrokopter tipli “DJI PHANTOM” pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib.
 
 
 
 

 

Google+ WhatsApp ok.ru