Cənub bölgəsinə güclü qar yağıb - FOTO

Cənub bölgəsinə güclü qar yağıb - FOTO

Azərbaycanın cənub bölgəsinə güclü qar yağıb.
 
Hazırda bölgənin bütün rayonlarında qarlı hava şəraiti hökm sürür. Ən çox qar Lerik və Yardımlı rayonlarına düşüb. Hazırda rayon mərkəzlərində qarın hündürlüyü 30-35, ucqarlarda 45-50 sm-ə çatır.
 
Bu rayonlarda qarlı hava şəraiti həm də şaxta ilə müşayiət olunur. Temperatur -6 dərəcə təşkil edir.
 
 
Hazırda Lənkəran-Lerik və Masallı-Yardımlı yolları nəqliyyatın hərəkəti üçün açıqdır. Amma bu yollarda ancaq qış hazırlığı olan avtomobillər hərəkət edir. Rayon yol idarələri gücləndirilmiş iş rejiminə keçdiklərini elan etsələr də, sürücülərə bu yollardan mümkün qədər  az istifadə etməyi tövsiyə ediblər.
 
Lerikin ucqar dağ kəndlərinə gedən yollarda hərəkət məhdudlaşıb.
 
Qeyd edək ki, hazırda Lənkəran, Masallı, Astara rayonlarının mərkəzində qarın qalınlığı 10-15, dağətəyi və dağlıq ərazilərdə 30-35 sm-dir.
 
Hazırda qar intensivliklə yağmaqda davam edir. (apa) /
 
cenub bolgesine guclu qar yagib
 
cenub bolgesine guclu qar yagib
 
cenub bolgesine guclu qar yagib
 
cenub bolgesine guclu qar yagib
 
cenub bolgesine guclu qar yagib
 
cenub bolgesine guclu qar yagib
 
cenub bolgesine guclu qar yagib

Google+ WhatsApp ok.ru