CAR prezidenti Jacob Zuma Ayətullah Xameneinin qəbulunda - FOTO

İran İslam Respublikasında rəsmi səfərdə olan CAR prezidenti Jacob Zuma Ali Rəhbər Ayətullah Xameneinin qəbulunda olub. 
 
Maide.Az xəbər verir ki, görüşdə Ayətullah Xamenei  İran və Cənubi Afrika arasında  iqtisadi və siyasi əməkdaşlığın inkişafının zəruriliyini vurğulayıb və bildirib ki, müstəqil ölkələr bir-birilərinə daha yaxın olmalı və bəzi imperialist güclərin pozuculuğuna baxmayaraq əməkdaşlığını gücləndirməlidir.
 
Ayətullah Xamenei bildirib ki, İslam Respublikası təxminən eyni zamanda həm sionist rejim, həm də aparteid rejimi ilə əlaqələrini kəsib. “ Mandellanın rəhbərliyi ilə mübarizə Afrikada anti-bəşəri rejimə son qoydu, bütün Afrikada yeni mübarizə ruhiyyəsi yarandı.” 
 
Ayətullah Xamenei iki ölkənin Qoşulmama Hərəkatı  çərçivəsində  iki ölkənin  əməkdaşlıq üçün prespektivli sahələri olduğunu vurğulayıb və deyib ki, bu əməkdaşlıq Qoşulmama Hərəkatına üzv bütün ölkələrin xeyrinədir. “Müstəqil ölkələrin mənafeyi müxtəlif sahələrdə əməkdaşlığın artırılmasındadır və bəzi qüdrətlərin bu əməkdaşlıqlar qarşısında yaratdığı maneələrlə mübarizə aparmaq lazımdır.”
 
Ayətullah Xamenei əlavə edib ki,  İran İslam Respublikası  Cənubi Afrika ilə əməkdaşlığa müsbət baxır. “İran və Cənubi Afrika arasında isti əlaqələr mövcuddur,  iki ölkə  beynəlxalq  qurumlarda bir-biri ilə effektli əməkdaşlıq edir,lakin iki ölkə arasında  iqtisadi və ticari sahədə əməkdaşlıq üçün daha geniş potensial mövcuddur və bu əlaqələrartırılmalıdır.”
 
Jacob Zuma deyib: Cənubi Afrika xalqı İran İslam Respublikasının dəstəyini heç vaxt unutmayacaq. İran İslam Respublikası sübuta yetirdi ki, dünyanın amansız durumunda özünə güvənməklə problemləri həll etmək, yaxşı nümunə olmaq  mümkündür. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru