Cavid Qurbanovun yerinə təyinat

“Azəryolservis” ASC-yə yeni rəhbər təyin edilib. 
 
Bbu haqda azadliq.info məlumat yayıb. Məlumata görə, Bakı 1 saylı Yol İstismarı İdarəsinin rəisi Saleh Məmmədov ASC-nin rəhbəri təyin edilib. 
 
“Azəryolservis” ASC-yə indiyədək Cavid Qurbanov sədrlik edirdi. O, ölkə başçısının dünənki sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər təyin edilib.

Google+ WhatsApp ok.ru