İcra başçısı: 'Nazirlər Kabineti Bayıl sürüşmə zonası ilə bağlı yeni qərar verəcək' 02 Mart 2019 10:55 Ölkə "Bayıl sürüşmə zonası ilə bağlı məsələyə Nazirlər Kabinetində baxılır". Maide.Az "Report"a istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. O qeyd edib ki, həmin ərazidə əvvəllər də sürüşmə hadisəsi baş verib: "Bu, təbii prosesdir. Sürüşmə orada yaşayışın olub-olmaması ilə bağlı deyil. Orada sürüşmə daş dövründə, yaşıllıq olmayan dövrdə də olub. Səhv etmirəmsə, həmin ərazidə sürüşmə 1830-cu illərdə də baş verib. Həmin vaxt orada nə yaşıllıq salınmışdı, nə də yaşayış var idi. Hazırda orada yaşayanların yerləşdirilməsi məsələsi gündəlikdədir. Nazirlər Kabineti yaxın günlərdə yeni qərar verəcək. Teqlər : #İcra,#başçısı:,#'Nazirlər,#Kabineti,#Bayıl,#sürüşmə,#zonası,#ilə,#bağlı,#yeni,#qərar,#verəcək', Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Martda günəşli, mülayim hava ani olaraq dəyişəcək -RƏSMİ Sabaha olan hava proqnozu açıqlanıb