İcra başçısından şikayətçi intihar edəcəyini deyir - VİDEO

`Mənə kömək edilməzsə, intihar etməkdən başqa çıxış yolum qalmayacaq`

Şəki rayonun Oxud kənd sakini, 30.10.1978-ci il təvəllüdlü Əhmədov Hikmət Niymət oğlu yerli icra hakimiyyətinin başçısı Elxan Usubovdan şikayətçidir.
 
İkinci qrup əlil H.Əhmədov bildirir ki, səhhətində problem olduğundan işləyə bilmir: “55 manat pensiya ilə yaşamaq olar? Ailəmiz 12 nəfərdən ibarətdir. Kirayədə yaşayırıq.  Mən Şəki rayon icra hakimiyyətinin başçısının qəbuluna məni buraxmırlar. Məmurlar deyirlər ki, prezidentə şikayət et, sənə torpaq versin, ev tiksin, pensiyanı artırsın. Sosial aztəminatlı ailələr yaşamamalımı? Mən yaşamaq istəyirəm. Yeməyə çörək, içməyə çay tapmıram. İcra hakimiyyəti mənə humanitar yardım da etmir. Mənə kömək edilməzsə, intihar etməkdən başqa çıxış yolum qalmayacaq”.

Google+ WhatsApp ok.ru