Dəmir yolunda xüsusi rejim 10 Sentyabr 2014 01:00 Ölkə Sentyabrın 10-dan 14-lək gucləndirilmiş iş rejimi tətbiq olunacaq Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bu barədə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. Bildirilib ki, yeni dərs ili ərəfəsində - sentyabrın 10-dan 14-lək gucləndirilmiş iş rejimi tətbiq olunur. Bununla əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir. Teqlər : #Dəmir yolunda xüsusi rejim, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nuşirəvan Məhərrəmli: “Azərbaycan ərazisi artıq rəqəmsal yayımla əhatə olunub” Gürcüstanın Azərbaycanla viza rejiminə keçməsinin pərdəarxası məqamları