Dəmiryolçular aksiya keçirib 26 Avqust 2015 01:00 Ölkə «Maaşımız ödənilməyənə qədər Prezident Administrasiyasının qarşısını tərk etməyəcəyik» Avqustun 26-da 40-dək dəmiryolçu Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçiriblər. Bu haqda Azadlıq Radiosuna aksiyaçı Mələk Əliyeva məlumat verib. Etirazçılar 2001-ci ildən yığılan əmək haqlarının, ezamiyyət pullarının ödənilməsini tələb ediblər. Bundan başqa, işdən çıxarılan dəmiryolçuların işə bərpasını istəyiblər. «Dəmiryol İdarəsində iki əməkhaqqı cədvəli olub. Dəmiryolçular 300-500 manata qol çəksələr də, 80-100 manat maaş alıblar. Son etirazlardan sonra bu məbləğ 200 manata qaldırılıb. Biz maaşımızın yerdə qalanını tələb edirik», - dəmiryolçu qadın deyir. Mələk Əliyeva oturaq aksiya keçirmək niyyətində olduqlarını bildirib: «Maaşımız ödənilməyənə qədər Prezident Administrasiyasının qarşısını tərk etməyəcəyik». Bu, dəmiryolçuların ilk aksiyası deyil. Onlar bundan əvvəl də iş və əməkhaqqı tələbiylə etiraz ediblər. Rəhbərlik bu məsələnin yoluna qoyulacağını vəd edib. Teqlər : #Dəmiryolçular aksiya keçirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İçərişəhər `Cümə` məscidi dini icması İmam Rzanın (ə) mövludu münasibətilə bayram tədbiri keçirdi Buzovnada etiraz aksiyası - VİDEO