İşdən çıxarılan əlil ABŞ səfirliyinin önündə aclıq edir 03 Fevral 2016 02:00 Ölkə İkinci qrup Qarabağ əlli Güloğlan İbrahimov fevralın 3-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi qarşısında aclıq aksiyasına başlayıb. O, Gədəbəy Qızıl Mədənindən işdən çıxarılıb. Güloğlan İbrahimov jurnalistlərə açıqlamasında haqsız, xəbərdarlıq edilmədən işdən çıxarıldığından bu addımı atdığını bildirib: «Qalmışam pis vəziyyətdə, iş tapa bilmirəm. Ona görə də belə bir yola əl atmışam. Bilmirəm hara gedim, kimə müraciət edim. Dolana bilmirəm. Ona görə də Bakıya gəlib, Amerika səfirliyinin qarşısında aclıq aksiyası keçirirəm. Bəlkə kömək edə, səsimi eşidərlər». Güloğlan İbrahimov boynundan asdığı plakatda aclıq elan etməsinin səbəbi ilə bağlı məlumat da yazıb. Hadisə yerinə gələn polislər onu ərazidən uzaqlaşdırmaq istəsələr də, Güloğlan İbrahimov oturduğu yerdə aksiyanı davam etdirəcəyini bildirib. Teqlər : #İşdən çıxarılan əlil ABŞ səfirliyinin önündə aclıq edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Meyiti tapılmış neftçinin kimliyi müəyyən olundu Aldığınız maaşla neçə ilə ev ala bilərsiniz? - VİDEOSORĞU