Danışılmış oyunlarda iştirak edən 22 futbolçu ömürlük cəzalanıb 15 Fevral 2017 02:00 İdman Hazırda araşdırmalar getdiyindən, adlar açıqlanmır Bakı. 15 fevral. REPORT.AZ/ Danışılmış oyunlarda iştirakları ilə əlaqədar 22 futbolçu ömürlük diskvalifikasiya olunub. "Report"un məlumatına görə, bu barədə Asiya Futbol Konfederasiyası qərar qəbul edib. Əsasən, Laos və Kambocadan olan oyunçular arasında karyerasını başa vuranlar da var. Onların yerli çempionatlarda danışılmış oyunlarda iştirak etdikləri bildirilir. Bu barədə müvafiq milli assosiasiyalar da məlumatlandırılıb. FİFA-nın sanksiyaları beynəlxalq miqyasda genişləndirməsinin mümkünlüyü bildirilir. Teqlər : #Danışılmış oyunlarda iştirak edən 22 futbolçu ömürlük cəzalanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib - VİDEO Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib - NƏTİCƏLƏR - VİDEO