Devalvasiya ilə əlaqədar büdcədə hansı sahələr `qayçılanacaq?`

Maide.az xəbər verir ki, "Azadlıq" qəzeti bu suala cavab axtarıb. 
 
Qəzet yazır ki, ikinci devalvasiya büdcəyə yenidən baxılmasını zəruri edib: «Maraqlıdır, 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılsa, bu, hansı sahələri əhatə edəcək? «Qayçılanma» harada ola bilər? Bir-birini təkrarlayan strukturlar, komitələr, istintaq orqanları yenə də ixtisardan kənarda qalacaqmı?».
 
Qəzetin suallarını cavablandıran iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, büdcədəki bəzi maddələr müdafiə olunan maddələrdir və tamamilə sosial məsələlərlə əlaqədardır. Yəni, əməkhaqqı, pensiya, müavinətlər, pulsuz dərmanların alınıb paylanması, xarici borcun qaytarılması kimi maddələrə toxunulmayacaq. «Yəqin ki, investisiya sahəsinə yenidən baxılacaq. Bəzi layihələri növbəti illərə keçirmək mümkündür. Həmçinin idarəetmədə də hansısa ixtisarlar ola bilər. Nəqliyyat Nazirliyinin bütün səlahiyyətləri əlindən alınıb. Lazım gəlsə, həmin nazirliyi, bu kimi qurumların ləğvi ilə hansısa xərcləri azaltmaq olar», - Oqtay Haqverdiyev bildirib.

Google+ WhatsApp ok.ru