Diqqət: Bu prospekt bağlanır

Xocalı prospektinin hər iki istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
 
Maide.az xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 10:30-dan etibarən Xocalı prospekti hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır. 
 
Sürücülərə alternativ olaraq Sabit Orucov və Afiyəddin Cəlilov küçələrindən istifadə etmələri tövsiyə olunur.

Google+ WhatsApp ok.ru