Düşmənin silahlı bölmələri atəşkəs rejimini 13 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.
 
Bu barədə Maide.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
 
Nazirlikdən bildirilib ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Dovex kəndlərində yerləşən mövqelərdən Azərbaycan
 
Respublikası Qazax rayonunun Quşçu Ayrım və Kəmərli kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
 
Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. /

Google+ WhatsApp ok.ru