Düşmən atəşkəs rejimini 111 dəfə pozub 09 May 2017 01:00 Qarabağ xəbərləri Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan da (29 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 111 dəfə pozub. Miade.İnfo xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Vazaşen, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Bala Cəfərli, Qızılhacılı, Məzəm kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Ayqedzor, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Şuraabad, Şıxlar, Şirvanlı, Kəngərli, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. / Teqlər : #Düşmən atəşkəs rejimini 111 dəfə pozub , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şuşaya virtual səyahət - VİDEO Düşmən atəşkəs rejimini 120 dəfə pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni