Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

 Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Unibank”dır. Fins.az xəbər verir ki, bu bankda Amerika valyutası 1.6050 manata alınır.

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “Yapı Kredi Bank” dır. Bu banklarda alış qiyməti 1,5188 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Naxçıvanbank”dadır. Bu bank dolları 1,6100 manata satır. Dolları ən yüksək qiymətlə satan bank isə “Yapı Kredi Bank” dır. Bankda satış qiyməti 1,6450 manatdır.

Avro qiymətləri

Avronu ən baha “Dəmirbank” alır– 1,7450manata. Avronun ən ucuz götürüldüyü bank “Yapı Kredi Bank”dır 1.6813 manata. Avronu ən ucuz “Atabank”, “Bank Avrasiya” və “Expressbank” bank satır – 1,7800 manata. Avronun ən baha satıldığı bank isə  “AGBank”dır – 1,8210  manata. /

Google+ WhatsApp ok.ru