Dollarla olan əmanət niyə manatla qaytarılır?- VİDEO

Dollarla olan əmanət niyə manatla qaytarılır?- VİDEO

Vətəndaş əmanətini sığortalamaq üçün banka qoyur. Ancaq bəzi banklar isə dollarla olan əmanəti həmin valyutanın alış qiyməti və manatla geri qaytarır. Burda isə zərərçəkən vətəndaş olur. Mütəxəssislər isə deyirlər ki, bankların xarici valyuta ilə qoyulan əmanətin manatla geri qaytarması qanunvericiliklə tənzimlənmir.
 
Mütəxəssislər deyirlər ki, belə halda əmanətçi pulu bankdan götürüb yenidən dollara çevirsə ən az 4-5% itkiyə məruz qalır. Əslində isə Mülki Məcəlləyə uyğun olaraq borc öhdəliyi, depozit və əmanət hansı valyuta ilə götürülübsə tərəf o valyuta ilə ödəməyə məcburdur.
 
İqtisadçı Rəşad Həsənov deyir ki, vətəndaşlar banka əmanətini sığortalamaq üçün qoyur. Bu kimi hallar isə insanların banka olan etibarını azaldacaq.
 
Mütəxəssislər deyirlər ki, bu kimi hallarda vətəndaş öz hüquqlarının müdafiəsi üçün məhkəməyə, eyni zamanda Maliyyə Bazarına Nəzarət Palatasına müraciət edə bilər.

Google+ WhatsApp ok.ru