DİQQƏT: Bu yolda rənglənmə işləri aparılır

DİQQƏT: Bu yolda rənglənmə işləri aparılır

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunda rənglənmə işləri davam edir.
 
Maide.Az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 150-180 km-lik hissəsində bu gün üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında qədər yekunlaşdırılacaq.
 
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Google+ WhatsApp ok.ru