İŞİD terrorçuları ilə mübarizədə 46 min nəfər ölüb

İŞİD terrorçu qruplaşması 1 ildə 46 min nəfəri nəfəri öldürüb.
Maide.az xəbər verir ki, İraqda 1 ildir ordu qüvvələri, şiə milislərdən ibarət Haşdu Şabi qrupu, sünni tayfa üzvləri və kürd peşmərgələr İŞİD terrorçuları ilə mübarizədə 46 min nəfərə yaxın itki verib.
3750 nəfərin taleyindən isə xəbər yoxdur.
Məlumata görə, ölənlər arasında 40 min Haşdu Şabi üzvü, 3 min kürd peşmərgə və 3 minə yaxın isə sünni döyüşçü var.
Qeyd edək ki, ötən ilin iyun ayından etibarən İŞİD terrorçuları İraqda bir neçə bölgəni işğal altında saxlayır./

Google+ WhatsApp ok.ru