NİİM iyunun 10-u və 12-də nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı küçə və prospektlərin adlarını açıqlayıb

12 iyun tarixində başlanacaq I Avropa Oyunları ilə əlaqədar müəyyən günlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması planlaşdırılır.
 
Bu barədə Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən məlumat verilib.
 
Məlumata görə, Bakıda məşəlin səyahəti ilə bağlı 10 iyun tarixində aşağıda qeyd olunan küçə və prospektlərdə fasilələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:
 
- Şəmsi Bədəlbəyli küçəsi;
 
- Səməd Vurğun küçəsi;
 
- Bül-bül prospekti;
 
- Rəşid Behbudov küçəsi;
 
- Azadlıq prospekti;
 
- İstiqlaliyyət küçəsi;
 
- Niyazi küçəsi;
 
- Şövkət Ələkbərova küçəsi.
 
12 iyun I Avropa Oyunlarının açılış mərasimi günü isə aşağıda qeyd olunan yollarda günorta saat 04:00-dan, növbəti gecə saat 02:00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:
 
- Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək;
 
- Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməyədək.

Google+ WhatsApp ok.ru