İŞİD terrorçuları Tikritin şimalında gedən döyüşlərdən qaçırlar

Maide.az "Əl-Əhd" informasiya portalına istinadən xəbər verir ki, onlarla İŞİD terrorçusu Tikritin şimalında gedən döyüşlərdən qaçır. 
 
Bu arada İraqın təhlükəsizlik qüvvələri 128 bombanı zərərsizləşdirməyə, habelə bomba quraşdırılmış 29 evi aşkar edərək, təmizləməyə nail olub. 
 
İraqın könüllü xalq qüvvələrinin 6 dviziyasının komandiri Məhəmməd Abbas onlarla terrorçunun Tikritin şimalında, Bici məntəqəsində gedən döyüşlərdən qaçdığını bildirib: "İŞİD terrorçuları bu məntəqədə müxtəlif növlü bombalar və partlayıcı qurğular yerləşdiriblər. İndiyə kimi onların 128-ni aşkar etmək və zərərsizləşdirmək mümkün olub. Həmçinin 29 evdə quraşdırılan partlayıcılar aşkar edilərək, zərərsizləşdirilib."

Google+ WhatsApp ok.ru