Dövlət Gömrük Komitəsinin daha iki xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib 15 Oktyabr 2015 01:00 İqtisadiyyat "Elektron hökumət" portalında istifadədə olan elektron xidmətlərin sırasına yeniləri qoşulub. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) "Gömrük rəsmiləşdirilməsi üçün müraciət" və "Rəsmiləşdirmə üçün tələb olunan sənədlərin surətləri" e-xidmətləri portala əlavə olunub. Bu e-xidmətlərdən istifadə yalnız Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilmiş elektron imza ilə mümkündür. Artıq DGK-nin "Elektron hökumət" portalı üzərindən göstərilən e-xidmətlərinin sayı 8-ə çatıb. Teqlər : #Dövlət Gömrük Komitəsinin daha iki xidməti Elektron hökumət portalına inteqrasiya edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan nefti 1 dollardan artıq ucuzlaşıb “Üzən məzənnə”yə keçid açıqlaması dollara yenidən təlabatı artırıb