Dövlət Komissiyası: Bu gün hərbçilərin meyitləri qoşunların təmas xəttində qaytarılıb 10 Aprel 2016 01:00 Qarabağ xəbərləri Bu gün Aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə edilmiş qarşılıqlı razılaşmaya uyğun olaraq, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı hər iki tərəfin nəzarətində qalmış hərbçilərin meyitləri qoşunların təmas xəttində qaytarılıb. Maide.az-ın məlumatına görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda bildirilir ki, proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib. Proses zamanı qarşı tərəf atəşkəs rejimini pozub. Müvafiq prosedurlar başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək./ Teqlər : #Dövlət Komissiyası: Bu gün hərbçilərin meyitləri qoşunların təmas xəttində qaytarılıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənistan silahlı bölmələri atəşkəs rejimini 125 dəfə pozub İranda siyasi partiya Ermənistanı işğala son qoymağa çağırıb
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni