Dövlət qoruqlarına giriş pulsuz olacaq 12 Aprel 2019 08:53 Ölkə 18 aprel “Beynəlxalq abidələr və tarixi yerlər günü” münasibətilə Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarda “açıq qapı” günü elan ediləcək. Maide.Az bildirir ki, Dövlət Turizm Agentliyindən verilən məlumata görə, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq (Şəki şəhəri “Karvansaray” mehmanxana kompleksi daxil olmaqla) və “Kiş” Dövlət Tarix-Memarlıq qoruqlarına giriş həm yerli, həm xarici turistlər üçün 18 aprel 2019-cu il tarixində saat 10:00-dan axşam saat 19:00-dək pulsuz olacaq. Teqlər : #Dövlət,#qoruqlarına,#giriş,#pulsuz,#olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Problemli kreditlərlə bağlı ödənişlər BU TARİXDƏN VERİLƏCƏK - RƏSMİ Tranzit və xarici nömrə ilə avtomobil sürənlərin nəzərinə - Ehtiyatlı olun