İdxal da azalıb, ixrac da

İdxal da azalıb, ixrac da

Bu ilin 3 ayında Azərbaycanda xarici ticarət dövriyyəsi 6 milyard 843 milyon dollar təşkil edib.
 
Maide.Az "azadliq.org"a istinadla xəbər verir ki, bunun 2.6 milyardı idxalın, 4.2 milyard dolları isə ixracın payına düşür.
 
Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasına görə, bu zaman müsbət saldo 1.5 milyard dollara çatıb.
 
DGK bildirir ki, ötən ilin eyni dövründə isə xarici ticarət dövriyyəsi 7.6 milyard dollar olmuşdu. Onun da 3.1 milyardı idxalın, 4.4 milyard dolları isə ixracın payına düşürdü.
 
Xarici ticarətdə müsbət saldo isə 1.3 milyard dollar olmuşdu.
 
Ekspertlər ölkənin xarici ticarət dövriyyəsinin azalmasını neftin bu ilin əvvəlindən son bir ayda təqribən 2 dəfə ucuzlaşması və koronavirus pandemiyası ilə bağlı dünyada tətbiq edilən məhdudlaşdırıcı tədbirlərlə izah edirlər.
 

Google+ WhatsApp ok.ru