Eldar Mahmudovun evində axtarış aparıldı: qutularla dollar, kilolarla brilyant... 14 Noyabr 2015 02:00 Ölkə Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun iqamətgahında və mənzillərində axtarış aparılıb. Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib. Məlumata görə, E.Mahmudovun Badamdar qəsəbəsindəki şəxsi iqamətgahından 30 karton qutusu dolu dollar və digər xarici valyuta, həmçinin şüşə bankalar dolusu kilolarla brilyant çıxıb. Götürülən pullar və daş-qaş Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqatt Məhkəmə Ekspertizası İnstututuna ekspertizaya göndərilib. Virtualaz.org saytı yaxın vaxtlarda bu haqda daha müfəssəl məlumatlar verəcək./ Teqlər : #Eldar Mahmudovun evində axtarış aparıldı: qutularla dollar,#kilolarla brilyant..., Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Akif Çovdarovun evində və bağında axtarış - YENİLƏNİB MTN-in daha bir şöbə rəisi işdən qovuldu