Çempionlar Liqası: Sensasiyanın davamı olacaqmı?

Çempionlar Liqası: Sensasiyanın davamı olacaqmı?

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.
 
Publika.az xəbər verir ki, cavab matçları çərçivəsində növbəti mərhələyə adlayacaq qalan 8 komandanın adı məlum olacaq. Azərbaycan çempionu “Qarabağ”ın Lüksemburqda “Düdelanj”la qarşılaşacağı günün ən maraq doğuran oyunu Şotlandiyada baş tutacaq. İlk oyunda sensasiyalı şəkildə “Linkoln”a uduzan “Seltik” revanş almağa çalışacaq.
 
Qeyd edək ki, cavab oyunları dünən keçirilən 9 matçla start götürüb.
 
Çempionlar Liqası. II təsnifat mərhələsi, cavab oyunlar
 
20 iyul
18:00 Astana (Qazaxıstan) - Jalgiris (Litva)
İlk oyun - 0:0
20:00 Düdelanj (Lüksemburq) - Qarabağ (Azərbaycan)
İlk oyun - 0:2
21:15 Norçepinq (İsveç) - “Rusenborq” (Norveç)
İlk oyun - 1:3
21:30 Ferensvaroş (Macarıstan) - Partizani (Albaniya)
İlk oyun -1:1
22:15 Trençin (Slovakiya) - Olimpiya (Sloveniya)
İlk oyun - 4:3
22:45 Seltik (Şotlandiya) - Linkoln (Cəbəllütariq)
İlk oyun – 0:1
22:45 Dinamo (Zaqreb, Xorvatiya) - Vardar (Makedoniya)
İlk oyun – 2:1
23:15 Hafnarfyorfur (İslandiya) - Dandalk (İrlandiya)
İlk oyun - 1:1
 
Dünənki oyunlardan sonra Dinamo (Tbilisi, Gürcüstan), Hapoel (Beyer-Şeva, İsrail), Zalsburq (Avstriya), APOEL (Kipr), BATE (Belarus), Kopenhagen (Danimarka), Srvena Zvezda (Serbiya), Legiya (Polşa), Ludoqorets (Bolqarıstan) növbəti mərhələyə vəsiqə qazanıb.
 

Google+ WhatsApp ok.ru