Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Barselona PSJ-yə rəqib olub
 
Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. 
 
Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.
 
Püşk nəticəsində cütlərin tərkibi belə müəyyənləşib:
 
"Mançester Siti" (İngiltərə - "Monako" (Fransa)
"Real Madrid"(İspaniya) - "Napoli"(İtaliya)
"Benfika"(Portuqaliya) - "Borussiya"(Dortmund,Almaniya)
"Bavariya"(Almaniya) - "Arsenal"(İngiltərə)
"Portu"(Portuqaliya) - "Yuventus"(İtaliya)
"Bayer"(Leverkusen,Almaniya) - "Atletiko"(Madrid,İspaniya)
PSJ(Fransa) - "Barselona"(İspaniya)
"Sevilya"(İspaniya) - "Lester"(İngiltərə)
 
1/8 final mərhələsinin ilk oyunları 2017-ci il fevralın 14-15 və 21-22-də öz qrupunda ikinci yeri tutmuş komandaların meydanlarında keçiriləcək. Cavab oyunları isə martın 7-8 və 14-15-də baş tutacaq. (report) /

Google+ WhatsApp ok.ru