Çempionlar Liqasında III təsnifat mərhələsinə 10 oyunla yekun vurulur

Çempionlar Liqasında III təsnifat mərhələsinə 10 oyunla yekun vurulur

Türkiyənin Fənərbağça klubu Fransa Monakosu ilə qarşılaşacaq
 
Bu gün keçiriləcək daha 10 oyunla futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq. "Report"un məlumatına görə, Türkiyənin "Fənərbağça" klubu səfərdə Fransa "Monako"su ilə qarşılaşacaq. 
İstanbulda keçirilmiş ilk görüşdə 2:1 hesabı ilə qalib gələn "sarı-lacivərdlilər" səfər oyununa üstün tərəf kimi çıxacaqlar. Türkiyə vitse-çempionu mərhələ adlasa, ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək. 
 
Qeyd edək ki, ilk oyun günündə 5 komanda - "Viktoriya" (Çexiya), "Dinamo" (Zaqreb, Xorvatiya), APOEL (Kipr), "Ludoqorets" (Bolqarıstan) və "Dandolk" (İrlandiya) Çempionlar Liqasında mərhələ adlayıb. /
 
Çempionlar Liqası, III təsnifat mərhələsinin cavab oyunları
21:45. "Kopenhagen" (Danimarka) - "Astra" (Rumıniya)
İlk oyun - 1:1
21:45. "Styaua" (Rumıniya) - "Sparta" (Çexiya)
İlk oyun - 1:1
22:00. "Hapoel" (Beer Şeva, İsrail) - "Olimpiakos" (Yunanıstan)
İlk oyun - 0:0
22:15. "Yanq Boyz" (İsveçrə) - "Şaxtyor" (Ukrayna)
İlk oyun - 0:2
22:30. PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya)
İlk oyun - 1:1
22:30. "Zalsburq" (Avstriya) - "Partizani" (Albaniya)
İlk oyun - 1:0
22:45. "Anderlext" (Belçika) - "Rostov" (Rusiya)
İlk oyun - 2:2
22:45. "Seltik" (Şotlandiya) - "Astana" (Qazaxıstan)
İlk oyun - 1:1
22:45. "Legiya" (Polşa) - "Trençin" (Slovakiya)
İlk oyun - 1:0
22:45. "Monako" (Fransa) - "Fənərbağça" (Türkiyə)
İlk oyun - 1:2

Google+ WhatsApp ok.ru