Çempionlar Liqasında `pley-off` mərhələsinə start verilir

Çempionlar Liqasında `pley-off` mərhələsinə start verilir

Dörd oyunun start fiti isə Bakı vaxtı ilə saat 22:45-də çalınacaq
 
Bu gün keçiriləcək 5 oyunla futbol üzrə Çempionlar Liqasında "pley-off" mərhələsinə start veriləcək.
 
Açılış matçında Azərbaycan təmsilçisi "Qarabağ" Danimarka "Kopenhagen"ini qəbul edəcək. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq. Qalan 4 oyunun start fiti isə Bakı vaxtı ilə saat 22:45-də çalınacaq:
 
"Sportinq" (Portuqaliya) - "Styaua" (Rumıniya)
Lissabon, "Joze Alvelade" stadionu
 
"Hoffenhaym" (Almaniya) - "Liverpul" (İngiltərə)
Sinshaym, "Rayn-Nekkar Arena"
 
"Yanq Boyz" (İsveçrə) - MOİK (Moskva, Rusiya)
Bern, "Stad de Suiss"
 
APOEL (Kipr) - "Slaviya" (Praqa, Çexiya)
Nikosiya, GSP stadionu
 
Daha 5 qarşılaşma ikinci oyun gününə təsadüf edəcək:
"Napoli" (İtaliya) - "Nitsa" (Fransa)
Neapol, "San-Paolo" stadionu
 
"Başakşehir" (Türkiyə) - "Sevilya" (İspaniya)
İstanbul, Fatih Terim stadionu
 
"Hapoel" (Beer-Şeva, İsrail) - "Maribor" (Sloveniya)
Beer-Şeva, "Turner" stadionu
 
"Seltik" (Şotlandiya) - "Astana" (Qazaxıstan)
Qlazqo, "Seltik Park"
 
"Olimpiakos" (Yunanıstan) - "Riyeka" (Xorvatiya)
Pirey, Georgios Karaiskakis stadionu
 
Bu görüşlər də saat 22:45-də başlanacaq.
Qeyd edək ki, cavab oyunları 22-23 avqustda olacaq. (report) /

Google+ WhatsApp ok.ru