Çempionlar Liqasının III təsnifat mərhələsi başa çatıb 07 Avqust 2014 01:00 İdman Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində daha 11 matç keçirilib. 4 qarşılaşması 1 gün əvvəl baş tutan mərhələnin son 11 matçı Rusiyadakı oyunla start götürüb. “Zenit” Kiprdə uduzduğu AEL-i 3:0 hesabı ilə məğlub edərək mərhələ adlayıb. Postsovet məkanı təmsilçilərindən “Şerif” Slovakiyadakı yenilginin əvəzini “Slovan”dan çıxa bilməyib. “Dnepr” isə Danimarkada “Kopenhagenə uduzub. Qonşu Türkiyəni təmsil edən “Beşiktaş” isə səfərdə məğlub etdiyi Hollandiya “Feyenoord”unu sınağa çəkib və yenə qalib gəlib. Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” da Avstriyada yerli “Zalsburq”un qonağı olub. Lakin onlar 0:2 hesabı ilə uduzaraq, Çempionlar Liqasına vida ediblər. Ağdam təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirəcək. Çempionlar Liqası III təsnifat mərhələsi, cavab oyunları 6 iyul “Zenit” (Rusiya) - AEL (Kipr) - 3:0 İlk oyun - 0:1 APOEL (Kipr) - HİK (Finlandiya) - 2:0 İlk oyun - 2:2 “Malmö” (İsveç) - “Sparta” (Çexiya) - 2:0 İlk oyun - 2:4 “Şerif” (Moldova) - “Slovan” (Slovakiya) - 0:0 İlk oyun - 1:2 “Styaua” (Rumıniya) - “Aktobe” (Qazaxıstan) - 2:1 İlk oyun - 2:2 “Beşiktaş” (Türkiyə) - “Feyenoord” (Hollandiya) - 3:1 İlk oyun - 2:1 “Kopenhagen” (Danimarka) - “Dnepr” (Ukrayna) - 2:0 İlk oyun - 0:0 “Zalsburq” (Avstriya) - “QARABAĞ” (AZƏRBAYCAN) - 2:0 İlk oyun - 1:2 “Partizan” (Serbiya) - “Ludoqorets” (Bolqarıstan) - 2:2 İlk oyun - 0:0 “Dinamo” (Xorvatiya) - “Olborq” (Danimarka) - 0:2 İlk oyun - 1:0 “Seltik” (Şotlandiya) - “Legiya” (Polşa) - 0:2 İlk oyun - 1:4 Teqlər : #Çempionlar Liqasının III təsnifat mərhələsi başa çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Təmsilçilərimiz qızıl medal qazandı (Video-Foto) `Qarabağla` `Neftçinin` pley-off mərhələsindəki rəqibləri bəlli oldu