Çempionlar Liqasının II təsnifat mərhələsi start götürür

Çempionlar Liqasının II təsnifat mərhələsi start götürür

Sabah Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 17 qarşılaşma baş tutacaq.
 
Mərhələ Bakıda baş tutacaq “Qarabağ” - “Samtredia” matçı ilə başlayacaq. Ümumiyyətlə isə ilk oyun günündə 4 görüş keçiriləcək.
 
İyulun 12-də daha çox matç baş tutacaq. Belə ki, mərhələnin 12 qarşılaşması çərşənbə gününə təsadüf edəcək. II təsnifat mərhələsində diqqət çəkən məqam isə oyunlardan birinin qeyri-adi vaxtda keçirilməsi olacaq.
 
Belə ki, “Linfild”lə “Seltik” arasında görüş ayın 14-də oynanılacaq. Britaniya təmsilçiləri cümə günü qarşılaşmağı razılaşdırıb və UEFA-ya müraciətləri də müsbət həll olunub. Adətən çərşənbə axşamı və çərşənbə günləri keçirilən Çempionlar Liqasının cümədə baş tutması isə turnir üçün qeyri-adi haldi.
 
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
 
11 iyul
21:00. “Qarabağ” (Azərbaycan) -“Samtredia” (Gürcüstan)
22:30. “Hibernians” (Malta) - “Zalsburq” (Avstriya)
22:45. “Riyeka” (Xorvatiya) - “Alaskert” (Ermənistan)
22:45. “Partizan” (Serbiya) - “Buduçnost” (Monteneqro)
 
12 iyul
20:00. “Spartak” (Latviya) - “Astana” (Qazaxıstan)
21:00. “Zrinski” (Bosniya və Herseqovina) - “Maribor” (Sloveniya)
21:00. “Malmö” (İsveç) - “Vardar” (Makedoniya)
21:00. APOEL (Kipr) - “Dudelanj” (Lüksemburq)
21:00. “Şerif” (Moldova) - “Kukesi” (Albaniya)
21:00. “Hapoel” (Beyer Şeva, İsrail) - “Honved” (Macarıstan)
21:30. BATE (Belarus) - TNS (Uels)
22:00. “Mariehamn” (Finlandiya) - “Legiya” (Polşa)
22:00. “Jalgiris” (Litva) – “Lüdoqorets” (Bolqarıstan)
22:15. “Jilina” (Slovakiya) - “Kopenhagen” (Danimarka)
22:45. “Dandalk” (İrlandiya) - “Rusenborq” (Norveç)
23:15. “Hafnarfyordur” (İslandiya) - “Vikinqur” (Farer adaları)
 
14 iyul
20:00. “Linfild” (Şimali İrlandiya) - “Seltik” (Şotlandiya)

Google+ WhatsApp ok.ru