Ermənilər Ağdamın işğal olunan ərazilərində yenidən yanğın törədiblər 13 Avqust 2015 01:00 Ölkə Ağdamın işğal olunmuş Baş Qərvənd kəndinin ərazisində bu gün də ermənilər tərəfindən yanğın törədilməsi müşahidə olunub. Baş Qərvənd ərazi vahidliyinin Bayramlar kəndində bu gün güclü yanğın törədilib. Yandırılan ərazilərdə hətta irigövdəli ağacların da alova büründüyü aydın görünür. Havanın küləkli olması isə yanğının miqyasının getdikcə artmasına səbəb olur. Xatırladaq ki, avqustun 11-dən etibarən ermənilər Ağdamın işğal altındakı Baş Qərvənd kəndinin ərazilərində yenidən yanğınlar törətməyə başlayıblar.(apa) Teqlər : #Ermənilər Ağdamın işğal olunan ərazilərində yenidən yanğın törədiblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda I siniflərdə dərslərin 1 saat geç başlanılması təklif edilir Nils Mujnieks: Azərbaycan repressiyalara son qoymalıdır