Ermənilər atəşkəsi 103 dəfə pozub, Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə 110 atəş zərbəsi endirib 26 Dekabr 2015 02:00 Qarabağ xəbərləri Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 103 dəfə pozub. Maide.az-ın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan ordusu bu ölkənin İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini atəşə tutub. İşğalçılar Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Novruzlu, Cəvahirli, Kəngərli, Sarıcalı, Şuraabad, Yusifcanlı, Mərzili, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan ordusunun mövqelərini atəşə məruz qoyub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 110 dəfə atəş zərbəsi endirib. Teqlər : #Ermənilər atəşkəsi 103 dəfə pozub,#Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə 110 atəş zərbəsi endirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənistanın pilotsuz aparatı vurulub Ceyms Uorlik: “Berndə tərəflər razılığa gələ bilməyiblər”
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni