Ermənilər il ərzində atəşkəsi 21246 dəfə pozub 23 Dekabr 2016 02:00 Qarabağ xəbərləri 2016-cı ilin əvvəlindən bu günə qədər erməni silahlı bölmələri atəşkəs rejimini ümumilikdə 21 min 246 dəfə pozub. Maide.Az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, il ərzində düşmən silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 mm çaplı minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan, 122 mm çaplı D-30 tipli haubitsalardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar. Düşmən atəşkəs rejimini ən çox mart ayında – 3746 dəfə, ən az isə iyulda 370 dəfə pozub. Ümumilikdə isə yanvar ayında 3702, fevralda 3491, martda 3746, apreldə 3597, mayda 2475, iyunda 655, iyulda 370, avqustda 467, sentyabrda 460, oktyabrda 599, noyabrda 733, dekabrın ilk 23 günündə isə düşmən atəşkəs rejimini 951 dəfə pozub. / Teqlər : #Ermənilər il ərzində atəşkəsi 21246 dəfə pozub , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Düşmən atəşkəs rejimini 35 dəfə pozub Düşmən atəşkəs rejimini 43 dəfə pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni