Ermənilərin öldürdüyü mülki şəxslərin sayı 12-yə çatıb - YENİLƏNİB

Ermənilərin öldürdüyü mülki şəxslərin sayı 12-yə çatıb - YENİLƏNİB

18:20
 
Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 35 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 12 nəfər şəxs isə şəhid olub.
 
Bu barədə  Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.
 
Təcavüzkar Ermənistanın mülki obyektləri atəşə tutması nəticəsində 66 yaşayış evi, 8 mülki obyekt yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.
 
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib. /report /
 

***

Azərbaycanın iki dövlət qurumu Ermənistan Silahlı Qüvvələrinin cəbhə boyu zonalarda yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki əhalinin həlak olması və yaralananların olması ilə bağlı brifinq keçirir. 

 
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva, Baş Prokurorluğun İdarə rəisi Elnur Musayev və Mətbuat katibi Günay Səlimzadə bəyanatla çıxış edib.
 
L. Abdullayeva bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı növbəti təcavüzə əl atıb: "Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Naftalan rayonları Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Ermənistan Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq mülki əhalini və mülki infrastrukturu bilərəkdən nişan alır və atəş açır. 
 
Bu günədək mülki əhali arasında 10 nəfər şəhid olub, 30 nəfər yaralanıb. Şəhid olanlar arasında 10 və 13 yaşlı yeniyetmələr də var".
 
 

 

Google+ WhatsApp ok.ru