Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib – Anar Eyvazov 29 Sentyabr 2020 19:38 Qarabağ xəbərləri Azərbaycan Ordusunun dəqiq atəşləri nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan məhv edilib. Trend-in məlumatına görə, bunu bu gün mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. A.Eyvazov vurğulayıb ki, Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə gedən döyüşlərə cəlb edilən 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Koçaryan məhv edilib. Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-ci alayının komandiri polkovnik Artyom Paqasyan isə ağır yaralanıb. Teqlər : #Ermənistanın,#yüksək,#rütbəli,#zabitləri,#məhv,#edilib,#–,#Anar,#Eyvazov, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni təcavüzü nəticəsində daha bir mülki sakin şəhid oldu - RƏSMİ İran parlamentinin üzvü: ‘Azərbaycanın Qarabağın işğal olunmuş ərazisini azad etmək üçün əks hücumu tamamilə qanunidir’
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni