ETSN: Ölkədəki sürüşmə sahələri aktivləşib 26 Dekabr 2016 02:00 Ölkə Azərbaycanda sürüşmə sahələrində monitorinq işləri davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya deyib ki, monitorinqlərin ilkin nəticələrinə əsasən, respublikada mühüm sürüşmə sahələrində aktivlik müşahidə olunur. S. Əmiraslanov sürüşmə sahələrinin aktivləşməsinə meteoroloji amillərin səbəb olduğunu qeyd edib: “Biz hazırda Şamaxıda sürüşmə sahələrində müşahidələr aparırıq. Sabah cənub bölgəsindəki sürüşmə sahələrinə baxış keçiriləcək. Ayın sonunda isə respublika üzrə mühüm sürüşmə sahələrindəki vəziyyətlə bağlı geniş bülleten hazırlanacaq”. / Teqlər : #ETSN: Ölkədəki sürüşmə sahələri aktivləşib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu şəxslər tibbi sığorta güzəştlərindən istifadə edəcək Beş marşrut xətti sərnişindaşımadan kənarlaşdırılır