`Exit-poll` keçirmək üçün 4 təşkilat müraciət edib

  Milli Məclisə seçkilərlə əlaqədar "exit-poll" keçirmək üçün 4 təşkilat müraciət edib.
Maide.az-ın apa-ya istinadən verdiyi məlumata görə, bunu MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, "exit-poll" keçirmək üçün müraciət edən təşkilatlardan biri Fransa təşkilatıdır. Yerli təşkilatlardan "Els" Müstəqil Araşdırmalar Mərkəzi də müraciət edib.
Qeyd edək ki, "exit-poll" keçirmək müraciətlərə üçün oktyabrın 12-nə qədər müddət ayrılmışdı. MSK oktyabrın 22-dək müraciətlərə baxıb, qərar verəcək. /

Google+ WhatsApp ok.ru