Şeyxin namaz təqvimlərini yığışdırmasının – Səbəbi

afqaz Müsəlmanlar İdarəsinin vahid namaz vaxtına keçidə hazırlığının detalları məlum olub.
 
Axar.az-ın əldə etdiyi xəbərlərə görə, Şeyx ölkədə məzhəblərarası hər hansı fitnə yaranmasın deyə qeyri-rəsmi göstəriş verib. Paytaxtın dini dükanlarında Şamaxı Rəsədxanasından başqa digər mərkəzlərin hazırladığı namaz vaxtına aid cədvəllərin müsadirəsi də buna hesablanıb.
 
Son vaxtlar radikal dini təriqət üzvlərinin sosial şəbəkələrdə namaz vaxtı ilə bağlı çıxışları inanclı insanlarda qeyri-müəyyənlik yaradır. Həmçinin, şəhərin dini mağazalarında satılan namaz cədvəlləri, dini təqvimlər fikir ayrılığına səbəb olur. Musavat.com xəbər verir ki, həmin cədvəllər yığışdırılır.
 
Redaksiyamıza məlumat verən mənbə yalnız Şamaxı Rəsədxanasının məlumatı əsasında QMİ-nin rəyi ilə hazırlanmış vahid təqvimlərin satışına və yayımına icazə veriləcəyini bildirib.
 
“Türkiyə, İran, Səudiyyə Ərəbistanında hazırlanıb Azərbaycana gətirilən bütün ibadət təqvimləri yığışdırılır ki, sünni-şiə fitnəsi yaratmaq üçün əsas olmasın. Hər il Ramazan və Qurban bayramı ilə bağlı ikitirəlik yaşanır. Şiə inanclılar İran təqvimi, əhli-sünnə isə Türkiyə təqviminə üstünlük verir. Şeyx bu məsələlərin də narahatlıq doğurduğunu görür. Eləcə də namaz vaxtı vahid sistemə keçiriləcək”, - deyə mənbə bildirir. /
 

Google+ WhatsApp ok.ru