Fasad düzəldən fəhlələr - Qaydalar sərtləşdirilir

Son vaxtlar tikintidə ölüm faktı artıb. Bu isə özünü Əməyin Mühafizəsi Qaydalarının pozulması səbəbilə cərimələrdə də açıq-aşkar göstərilir. Yaranan problem əmək müfəttişliyini ciddi addımlar atmağa vadar edib. Mühafizə qaydaları sərtləşdirilə bilər.
 
“Qafqazinfo” ans-ə istinadən xəbər verir ki, kadrlarda göründüyü kimi şəxs nə hər hansısa bir təhlükəli performans göstərir, nə də inthar etməyə cəhd edir. O, sadəcə paytaxtda fasadı təmir edilən binalardan birində çalışır. Həyatını riskə ataraq. Dəmir konstruksiyaların üzərində heç bir təhlükəsizlik tədbirləri görmədən hərəkət edən isə təkcə bu gənc deyil. Müxtəlif yerlərdə apardığımız müşahidələr zamanı tikintidə çalışan bəzi işçilərin bu cür vəziyyətdə çalışdığının şahidi olduq. Halbuki, tikintidə çalışanların belə vəziyyətdə işləməsini qadağan edən qanunlar mövcuddur.
 
Çoxmərtəbəli binaların fasadlarının təmiri zamanı bu təmirdə işləyən hər bir işçinin xüsusilə geyim formasında olması mütləqdir. Ələxsus da başda dəbilqə olmalıdır ki, bu da başı müəyyən təhlükələrdən qoruyur. /

Google+ WhatsApp ok.ru