Fevral ayında Azərbaycanda şaxtalı-qarlı hava şəraiti müşahidə olunacaq 29 Yanvar 2017 02:00 Ölkə Ötən il ən soyuq hava Naxçıvan Muxtar Respublikasında, Böyük Qafqazın dağlıq ərazilərində müşahidə edilib. Həmin ərazilərdə havanın temperaturu mənfi 18-21 dərəcə olub. Yayda isə ən çox istilər iyul-avqust aylarında müşahidə olunur. 2016-cı ildə Mərkəzi Aran rayonlarında, eləcə də Naxçıvan MR-in bəzi ərazilərində havanın temperaturu müsbət 42-43 dərəcə təşkil edib. Maide.Az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova azərtac-a müsahibəsində söyləyib. G.Məmmədova bildirib ki, bu il yanvara nisbətən mülayim keçdi, lakin ayın son ongünlüyündə respublikamıza Arktik siklonun və Qərbdən soyuq hava kütlələrinin tez-tez daxil olması nəticəsində hava şəraitinin kəskin dəyişildiyi müşahidə olunur. Hazırda Azərbaycanda yağmurlu, küləkli hava şəraiti hökm sürür, ötən günlərlə müqayisədə temperatur bir neçə dərəcə aşağı düşüb. Fevral ayı havanın temperaturunun aşağı olması ilə seçilir. Ötən illərdə də bu ayda rekord dərəcədə şaxtalar müşahidə olunub. 1969-cu ildə Bakıda fevral ayında 10 dərəcə şaxta qeydə alınıb, 2012–ci ildə isə rekord yenilənib. Belə ki, paytaxtda havanın temperaturu mənfi 11 dərəcə şaxta təşkil edib. Bu il də fevral ayında soyuq hava şəraiti hökm sürəcək. Havanın temperaturu bir neçə dərəcə aşağı düşəcək, şimal-qərb küləyi əsəcək və bəzi günlərdə şaxtalı-qarlı hava şəraiti müşahidə olunacaq. Teqlər : #Fevral ayında Azərbaycanda şaxtalıqarlı hava şəraiti müşahidə olunacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sinoptiklərdən növbəti XƏBƏRDARLIQ 20 Yanvarda tıxac problemi həll olunur - ŞAD XƏBƏR (VİDEO)