Fevraldan sosial yardıma ehtiyac yeni metodla qiymətləndiriləcək

 Fevralın 1-dən ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardım istəyənlərinödəniş qabiliyyətini yeni metodla qiymətləndiriləcək.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat-Hesablama Mərkəzinin məlumatına görə, bu, 12 dövlət strukturunun vahid elektron müraciət və Təyinat Alt sisteminə inteqrasiyası (VEMTAS) sayəsində mümkün olacaq. Dövlət strukturları arasında informasiya mübadiləsi sosial yardımı «Elektron hökumət» (e-gov.az) vasitəsilə ünvanlandırmağa imkan verəcək.
 
Yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət strukturlarının informasiya resurslarına çıxışı yaranacaq. Həmçinin üvanlı dövlət sosial yardımı almaq üçün müraciətçinin illik mobil ödənişlərinin portal üzərindən müəyyənləşdirilməsi nəzərdə tutulur. 
 
Bütün proseslər onlayn rejimdə avtomatik olaraq baş tutacaq və beləliklə, müraciətçinin ödəmə qabiliyyəti müəyyən olunacaq. Müraciət təmin edildikdə bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına və yaxud mesaj formasında mobil telefonuna göndəriləcək. /

Google+ WhatsApp ok.ru