Finaldan sonra dava: azarkeşlər xəstəxanalıq oldular -VİDEO

Azərbaycan Kubokunun finalı çərçivəsində keçirilən "Qarabağ" - "Neftçi" matçından sonra dava düşüb. Buna səbəb polisin fanatlara aqressiv davranışı olub.
 
Milli.Az sport7.az-a istinadən xəbər verir ki, mükafatlandırma mərasimindən sonra ağdamlıların kapitanı Rəşad Sadıqov "İmarət" azad azarkeş qrupunun yer aldığı sektora gələrək, onlara forma atıb. Bu zaman isə tribunada hərəkətlilik yaranıb. Polis isə bunu həzm edə bilməyib. Nəticədə azarkeşləri tribunadan sıxışdırıb çıxardıb. Bu zaman Qaradağ rayonu Polis İdarəsinin əməkdaşları azarkeşlərə qarşı gözyaşardıcı qazlardan istifadə edib. Bu isə fanatların ciddi narazılığına səbəb olub. Əvəzində isə polis bu dəfə dubinkadan istifadə edib. Nəticədə dili qatlanan, ayağı, əli sınan, xəstəxanalıq olan azarkeşlər olub.
 
"İmarət" azarkeş qrupundan saytımıza verilən məlumata görə, fan-klubun yaralanan üzvləri 1 saylı şəhər xəstəxanasına və Nərimanovdakı 5 nömrəli xəstəxanaya çatdırılıblar. Döyülən azarkeşlər arasında azyaşlı olanlar da var.
 
Əldə etdiyimiz məlumata görə, hadisə "Qarabağ" rəhbərliyinin müdaxiləsindən sonra sakitləşdirilib.
 

Google+ WhatsApp ok.ru